Şirkət, müasir dizayn trendlərinə uyğun olaraq, funksional və estetik baxımdan cəlbedici məkanlar yaratmağı hədəfləyir. Daxili təmir işləri zamanı yüksək keyfiyyətli materiallardan və müasir avadanlıqlardan istifadə olunur.

Fitout xidmətləri çərçivəsində AZESSCO, məkanların planlaşdırılması, divar və tavanların quraşdırılması, döşəmənin döşənməsi, işıqlandırma sisteminin quraşdırılması, santexnika işləri və digər zəruri təmir işlərini əhatə edir. Şirkət, müştərilərinin istəklərini nəzərə alaraq, onların tələblərinə tam cavab verən unikal və rahat məkanlar yaradır.