Şirkət, mühəndislik prinsiplərinə ciddi riayət edərək, etibarlı və uzunömürlü körpü konstruksiyalarının inşasını təmin edir. Körpü tikintisi layihələri, zəmin araşdırmalarından tutmuş, dayaqların inşası, aşırım konstruksiyalarının quraşdırılması və son tamamlama işlərinə qədər bütün mərhələləri əhatə edir.
AZESSCO, mövcud körpülərin təmirində də ixtisaslaşmışdır. Körpü konstruksiyalarının yoxlanılması, zədələrin müəyyən edilməsi və onların bərpası, həmçinin körpü elementlərinin gücləndirilməsi şirkətin təklif etdiyi xidmətlər arasındadır. Təmir işləri, körpülərin təhlükəsiz istismarını təmin etmək məqsədi daşıyır.