Şirkət, müasir qazma üsulları və təhlükəsizlik tədbirlərinə riayət edərək, yol, dəmir yolu və kommunikasiya tunellərinin inşasını uğurla tamamlayır. Tunel tikintisi layihələri, geoloji tədqiqatlardan tutmuş, qazma işləri, dayaq konstruksiyalarının quraşdırılması, ventilyasiya və işıqlandırma sistemlərinin quraşdırılmasına qədər bütün mərhələləri əhatə edir.

AZESSCO, mövcud tunellərin təmirində də ixtisaslaşmışdır. Tunel divarlarının möhkəmləndirilməsi, su sızmalarının aradan qaldırılması, ventilyasiya və işıqlandırma sistemlərinin yenilənməsi şirkətin təcrübəli komandası tərəfindən həyata keçirilir. Təmir işləri, tunellərin təhlükəsiz və effektiv istismarını təmin etmək məqsədi daşıyır.