Şirkət, müasir texnologiyalar və keyfiyyətli materiallardan istifadə edərək, davamlı və təhlükəsiz yol infrastrukturunun yaradılmasına böyük önəm verir. Yol tikintisi layihələri, torpaq işlərindən tutmuş asfalt örtüyünün döşənməsinə və yol nişanlarının quraşdırılmasına qədər bütün mərhələləri əhatə edir.
AZESSCO, mövcud yolların təmirində də yüksək səviyyəli xidmətlər təklif edir. Yol örtüyünün bərpası, çöküntülərin aradan qaldırılması, su drenaj sistemlərinin təmizlənməsi və digər təmir işləri şirkətin təcrübəli komandası tərəfindən effektiv şəkildə həyata keçirilir.